Elektron Xidmetler



Vətəndaşlar üçün

Hüquqların dövlət qeydiyyatı haqqında, dövlət reyestrindən arayışların alınması üçün və dövlət reyestrində dəyişikliklər və düzəlişlər aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinə müraciətlər yazılı formada edilir.

 

Xidmətin hüquq və vəzifələri

Əsasnaməsində müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: paralel olaraq kom-pyuterdən istifadə etmədən istənilən yazı üsulu ilə kağız və elektron daşıyıcılar üzərində məlumatları dövlət reyestrinə daxil etmək.

 

Tariflər

Xidmətin ərazi idarələri tərəfindən göstərilən xidmətlər üzrə tariflər Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 



Göstərilən xəritədən istifadə edərək Xidmətin ərazi idarələri haqqında məlumat ala bilərsiniz

"Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"

Ümumi məlumat: «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında razılaşdırılmış «Ölkə üzrə Tərəfdaşlıq Strategiyası» (2007-2010-cu illər) sənədi çərçivəsində həyata keçirilir.
Layihəyə hazırlıq məqsədilə nəzərdə tutulan, Dünya Bankı tərəfindən idarə olunan və Yaponiya Hökuməti tərəfindən maliyyələşdirilən qrant sazişi Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən 2007-ci il 22 fevral tarixində, Layihə üzrə Kredit Sazişi isə 2007-ci il 27 iyul tarixdə Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış, kredit sazişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 avqust tarixli, 234s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.