??? Reyestr haqqında Qanunun tətbiq edilməsi barədə | D??DRX
Reyestr haqqında Qanunun tətbiq edilməsi barədə

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 


"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun:
1.4.1. 4.3-cü maddəsinə müvafiq olaraq həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatların qeydiyyat orqanına verilməsinin mərhələlərinə və müddətlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.2. 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.3. 12.2-ci maddəsinə müvafiq olaraq dövlət reyestrində çıxarışın forması və tərkibi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.4. 14.2-ci maddəsinə müvafiq olaraq hüquq pozuntusuna yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
1.4.5. 23-cü maddəsinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.6. öz səlahiyyətləri daxilində "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, iki ay müddətində "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin mərhələlər üzrə inkişafının Tədbirlər planının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 
4. Müəyyən edilsin ki:
4.1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gündən Bakı şəhər dövlət texniki inventarlaşdırma orqanı və Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin dövlət texniki inventarlaşdırma orqanları eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyindədir;
4.2. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun:
4.2.1. torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatla tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar üzərində hüquqların qeydiyyatı ilə bağlı səlahiyyətləri, 1.0.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın. 12.1-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın, 4.3-cü maddəsinin ikinci cümləsində, 5.2-ci, 5.3-cü, 5.4-cü, 6.2-ci, 9.2-ci, 10.2-ci, 12.1-ci, 14.1-ci, 14.4-cü, 16.1-ci, 18.2-ci, 20.3-cü, 22.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş "qeydiyyat orqanı"nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;
4.2.2. 4.1-ci maddəsinə əsasən "Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış "qeydiyyat orqanları", 4.3-cü maddəsinin birinci cümləsinə (birinci halda) və ikinci cümləsinə əsasən göstərilən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış, 8.0.4-cü maddəsinə əsasən istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur; 
4.2.3. 4.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
4.2.4. 8.0.1-ci, 15.1.4-cü və 19.1-ci maddələrində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;
4.2.5. 6.3-cü maddəsinin ikinci cümləsində və 12.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 avqust 2004-cü il
№ 113

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


1.    7 fevral 2005-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 64)
2.    30 avqust 2005-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 718)
3.    21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 606)
4.    13 aprel 2010-cu il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 15 aprel 2010-cu il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 287)
5.    2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
6.    24 noyabr 2011-ci il tarixli 526 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255, “Azərbaycan” qəzeti 27 noyabr 2011-ci il, № 262)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 7 fevral 2005-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 64) ilə 1.3-cü bənd çıxarılmışdır.

2 7 fevral 2005-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 64) ilə 3-cü bənddə "İqtisadi İnkişaf Nazirliyinə" sözləri "Nazirlər Kabinetinə" sözləri ilə əvəz edilmişdir.

3 7 fevral 2005-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 64) ilə 4.1-ci bənddə "İqtisadi İnkişaf Nazirliyinin nəzdində" sözləri "Nazirlər Kabinetinin yanında" sözləri ilə əvəz edilmişdir.

  30 avqust 2005-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 718) ilə 4.1-ci bənd çıxarılmışdır.

4 7 fevral 2005-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 64) ilə 4.2.1-ci bənddə "İqtisadi İnkişaf Nazirliyinin nəzdində" sözləri "Nazirlər Kabinetinin yanında" sözləri ilə əvəz edilmişdir.

  13 aprel 2010-cu il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 15 aprel 2010-cu il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 287) ilə  4.2.1-ci bəndindən "6.2-ci," rəqəmi çıxarılmışdır.

   2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 4.2.1-ci bəndində "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

4 21 iyun 2007-ci il tarixli 593 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 606) ilə 4.2.1-ci yarımbəndindən «Nazirlər Kabinetinin yanında» sözləri çıxarılmışdır.

5 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 4.2.2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

    2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 4.2.2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

6 24 noyabr 2011-ci il tarixli 526 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255, “Azərbaycan” qəzeti 27 noyabr 2011-ci il, № 262) və 4.2.5-ci yarımbəndində “12.2-ci” rəqəmindən əvvəl “6.3-cü maddəsinin ikinci cümləsində və” sözləri əlavə edilmişdir.