Tariflər
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR № 2
 
Bakı şəhəri, 4 yanvar 2021-ci il
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları
tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki
inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin
tənzimlənməsi barədə
 
  
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).
 
2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tariflərinin tənzimlənməsi barədə” 02.02.2007-ci il tarixli 9 nömrəli, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 31.07.2009-cu il tarixli 4 nömrəli və “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri barədə” 10.11.2010-cu il tarixli 1 nömrəli qərarları ləğv edilsin.
 
3. Bu qərar 2021-ci il 5 yanvar tarixindən qüvvəyə minir.
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri     Mikayıl Cabbarov




Dövlət rüsumu haqqında

Azərbaycan Respublikasinin Qanunundan çıxarış
 
Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri
 

 Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:

26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;

30 manat

26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi         

50 manat

26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması

20 manat

26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi

20 manat

 

26.4. İpotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi

10 manat

26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün

20 manat

26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə

10 manat

 

Maddə 27. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar

 

27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.

27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.


Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri




Xidmətlərin adı

Tariflər

(ƏDV ilə), manatla

I

II

III

I. Daşınmaz əmlakın texniki inventarlaşdırılması

1. Bina, tikili və qurğular

1.1.

Çoxmənzilli yaşayış binaları üzrə, binanın ümumi sahəsinin hər 1 m2-i üçün

0,85

1.2.

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə

1.2.1.

sahəsi 100 m2-dək (100 m2 daxil) olduqda

240,0

1.2.2.

sahəsi 100 m2-dən 500 m2-dək (500 m2 daxil) olduqda, 100 m2-dən çox olan hər əlavə 1 m2 üçün

1,85

1.2.3.

sahəsi 500 m2-dən 1000 m2-dək (1000 m2 daxil) olduqda, 500 m2-dən çox olan hər əlavə 1 m2 üçün

1,40

1.2.4.

sahəsi 1000 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün

0,60

1.3.

Qurğular üzrə

1.3.1.

yerləşdiyi sahə 100 m2-dək (100 m2 daxil) olduqda

51,0

1.3.2.

yerləşdiyi sahə 100 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün

0,34

1.4.

Mənzillər üzrə

1.4.1.

sahəsi 50 m2-dək (50 m2 daxil) olduqda

20,0

1.4.2.

sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün

0,33

1.5.

Fərdi yaşayış və bağ evləri üzrə

1.5.1.

sahəsi 100 m2-dək (100 m2 daxil) olduqda

1.5.1.1.

Bakı şəhərində

40,0

1.5.1.2.

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində

30,0

1.5.1.3.

digər şəhər və rayonlarda

25,0

1.5.2.

sahəsi 100 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün

 

1.5.2.1.

Bakı şəhərində

0,36

1.5.2.2.

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində

0,27

1.5.2.3.

digər şəhər və rayonlarda

0,23

1.6.

Kommunikasiyalar üzrə

1.6.1.

yerüstü kommunikasiyaların hər 1,0 km-i üçün

85,0

1.6.2.

yeraltı kommunikasiyaların hər 1,0 km-i üçün

119,0

2. Torpaq sahələri

2.1.

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə

2.1.1.

sahəsi 5,0 ha-dək (5,0 ha daxil) olduqda, hər 1,0 ha üçün

2.1.1.1.

pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda

25,0

2.1.1.2.

kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda

36,0

2.1.2.

sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün

2.1.2.1.

pay torpaqları üçün-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda

16,7

2.1.2.2.

kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda

24,0

2.2.

Həyətyanı və bağ sahələri üzrə

2.2.1.

sahəsi 0,12 ha-dək (0,12 ha daxil) olduqda

20,0

2.2.2.

sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün

1,7

2.3.

Sənaye və digər istehsal təyinatlı torpaq sahələri üzrə

2.3.1.

sahəsi 0,1 ha-dək (0,10 ha daxil) olduqda

289,0

2.3.2.

sahəsi 0,1 ha-dan 0,5 ha-dək (0,50 ha daxil) olduqda, 0,1 ha-dan çox olan hər əlavə 0,1 ha üçün

120,0

2.3.3.

sahəsi 0,5 ha-dan 1,0 ha-dək (1,0 ha daxil) olduqda, 0,5 ha-dan çox olan hər əlavə 0,1 ha üçün

75,0

2.3.4.

sahəsi 1,0 ha-dan 5,0 ha-dək (5,0 ha daxil) olduqda, 1,0 ha-dan çox olan hər əlavə 0,1 ha üçün

50,0

2.3.5.

sahəsi 5 ha-dan çox olduqda, hər əlavə 0,1 ha üçün

45,0

2.4.

Digər təyinatlı torpaq sahələri üzrə

2.4.1.

sahəsi 0,01 ha-dək (0,01 ha daxil) olduqda

100,0

2.4.2.

sahəsi 0,01 ha-dan 0,10 ha-dək (0,10 ha daxil) olduqda, 0,01 ha-dan çox olan hər əlavə 0,01 ha üçün

21,0

2.4.3.

sahəsi 0,10 ha-dan 0,50 ha-dək (0,50 ha daxil) olduqda, 0,10 ha-dan çox olan hər əlavə 0,01 ha üçün

15,0

2.4.4.

sahəsi 0,50 ha-dan 1,0 ha-dək (1,0 ha daxil) olduqda, 0,50 ha-dan çox olan hər əlavə 0,01 ha üçün

9,0

2.4.5.

sahəsi 1 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün

6,0

2.5.

Su obyektləri (su tutarları) üzrə

2.5.1.

yerləşdiyi sahə 1 ha-dək (1,0 ha daxil) olduqda

102,0

2.5.2.

yerləşdiyi sahə 1 ha-dan çox olduqda, hər əlavə 0,1 ha üçün

1,7

2.6.

Meşələr üzrə

2.6.1.

sahəsi 1 ha-dək (1,0 ha daxil) olduqda

102,0

2.6.2.

sahəsi 1 ha-dan çox olduqda, hər əlavə 0,1 ha üçün

6,8

2.7.

Çoxillik əkmələr üzrə

2.7.1.

sahəsi 1 ha-dək (1,0 ha daxil) olduqda

60,0

2.7.2.

sahəsi 1 ha-dan çox olduqda, hər əlavə 1 ha üçün

30,0

2.8.

Yer təki sahələri yerləşdiyi torpağın hər 0,1 ha sahəsi üçün

100,0

II. Daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar istisna olmaqla)

1.

mənzillər, fərdi yaşayış və bağ evləri, yaşayış evlərinin həyətyanı sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və çoxillik əkmələr - əmlak bölmələri üzrə (hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə)

10,0

2.

çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları (sahələri), əmlak kompleksi kimi müəssisələr, qurğular, kommunikasiyalar, digər təyinatlı torpaq sahələri, su obyektləri (su tutarları), meşələr və yerin təki sahələri-əmlak bölmələri üzrə (hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə)

50,0

III. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxivlərdən arayışların, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı işlər

1.

3 iş günü ərzində yerinə yetirildikdə

30,0

2.

5 iş günü ərzində yerinə yetirildikdə

20,0

3.

10 iş günü ərzində yerinə yetirildikdə

15,0

IV. Daşınmaz əmlak obyekti barədə məlumatların yoxlanılması və daşınmaz əmlakın

dövlət reyestrinə daxil edilməsi

1.

mənzillər, fərdi yaşayış və bağ evləri, yaşayış evlərinin həyətyanı sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və çoxillik əkmələr-əmlak bölmələri üzrə

30,0

2.

kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (mülkiyyət hüququnun dövlət qeydiyyatı halı istisna olmaqla):

 

2.1.

müddəti 3 ilədək olan müqavilələr üzrə

5,0

2.2.

müddəti 3 ildən 10 ilədək olan müqavilələr üzrə

15,0

2.3.

müddəti 10 ildən çox olan müqavilələr üzrə

25,0

3.

torpaq islahatı nəticəsində torpaq mülkiyyətçilərinə paylanmış, lakin hüquqi və texniki sənədlərin verilməsi başa çatdırılmamış torpaq sahələri üzrə

10,0

4.

çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr, qurğular, kommunikasiyalar, digər təyinatlı torpaq sahələri, su obyektləri (su tutarları), meşələr və yerin təki sahələri - əmlak bölmələri üzrə

120,0

V. Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi

1.

birtərəfli xidmət (sənədlərin qəbulu və ya hazır sənədin çatdırılması)

30,0

2.

ikitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması birlikdə)

50,0

VI. Daşınmaz əmlak obyektinin bazar dəyərinin müəyyən edilməsi və arayışların verilməsi

(bu bölmənin xidmət haqqı müqavilə qiyməti ilə müəyyən edilir)

VII. Daşınmaz əmlakın ünvan rekvizitlərinin naturada müəyyən edilərək coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi

21,50

VIII. Daşınmaz əmlak obyektlərinin sxematik ünvan planlarının tərtibi (1 dm2 planda

mövcud olan ünvan sayına uyğun)

1.1.

ünvanların sayı 10-dək (10 daxil) olduqda

50,0

1.2.

ünvanların sayı 11-dən 20-dək (20 daxil) olduqda, 10 ünvandan çox olan hər əlavə 1 ünvan üçün

3,20

1.3.

ünvanların sayı 21-dən 30-dək (30 daxil) olduqda, 20 ünvandan çox olan hər əlavə 1 ünvan üçün

1,60

1.4.

ünvanların sayı 31-dən 40-dək (40 daxil) olduqda, 30 ünvandan çox olan hər əlavə 1 ünvan üçün

0,80

1.5.

ünvanların sayı 41-dən 50-dək (50 daxil) olduqda, 40 ünvandan çox olan hər əlavə 1 ünvan üçün və

0,40

1.6.

ünvanların sayı 50-dən çox olduqda, hər əlavə 1 ünvan üçün

0,20

IX. Daşınmaz əmlakın kadastr xəritələrinin (planlarının) tərtibi (1 dm2 planda mövcud olan

parsel sayına uyğun)

1.1.

konturların sayı 10-dək (10 daxil) olduqda

216,0

1.2.

konturların sayı 11-dən 20-dək (20 daxil) olduqda, 10 konturdan çox olan hər əlavə 1 kontur üçün

5,20

1.3.

konturların sayı 21-dən 30-dək (30 daxil) olduqda, 20 konturdan çox olan hər əlavə 1 kontur üçün

3,60

1.4.

konturların sayı 31-dən 40-dək (40 daxil) olduqda, 30 konturdan çox olan hər əlavə 1 kontur üçün

2,40

1.5.

konturların sayı 41-dən 50-dək (50 daxil) olduqda, 40 konturdan çox olan hər əlavə 1 kontur üçün

1,20

1.6.

konturların sayı 50-dən çox olduqda, hər əlavə 1 kontur üçün

0,40

X. Daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması

1.

kameral qaydada aparıldıqda

20,0

2.

çöl ölçmə işləri tələb olunduqda (xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 20,0 manatdan az olmamaqla hesablanır)

XI. Daşınmaz əmlakın kadastr məlumatlarının təqdim edilməsi (bir daşınmaz əmlak elementi, tikili, bina, qurğu, kontur və s. üzrə)

2,50

XII. Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi

1.

4 xarakterik döngə nöqtəsi üçün

120,0

2.

hər əlavə 1 döngə nöqtəsi üçün

20,0

XIII. Torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında

torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi

1.

Tədqiqat olunan torpaq sahəsi 1 ha-dək (1 ha daxil) olduqda

95,0

2.

Tədqiqat olunan torpaq sahəsi 1 ha-dan 10 ha-dək (10 ha daxil) olduqda, 1 ha-dan çox olan hər əlavə 1 ha üçün

10,0

3.

Tədqiqat olunan torpaq sahəsi 10 ha-dan 50 ha-dək (50 ha daxil) olduqda, 10 ha-dan çox hər əlavə 1 ha üçün

7,0

4.

Tədqiqat olunan torpaq sahəsi 50 ha-dan 100 ha-dək (100 ha daxil) olduqda, 50 ha-dan çox hər əlavə 1 ha üçün

5,0

5.

Tədqiqat olunan torpaq sahəsi 100 ha-dan çox olduqda, hər əlavə 1 ha üçün

2,0

XIV. Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsindən (AzPOS) istifadəyə qoşulma xidməti

1.

15 günədək xidmət haqqı

150,0

2.

1 ay üçün xidmət haqqı

200,0

3.

1 il üçün xidmət haqqı

2000,0

 

Qeyd 1. Göstərilən xidmətlərlə bağlı ərizələrdə hüquq sahibinin istəyi ilə cədvəlin IV bölməsində nəzərdə tutulan xidmətlərin qanunla müəyyən edilmiş icra müddətləri sürətləndirilməklə (daxil olmuş əvvəlki ərizələrin icra müddətlərini ləngitməmək şərti ilə) bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş xidmət tariflərinə 3.0 əmsalı, iki-üç iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən daşınmaz əmlaklara münasibətdə 2.0 əmsalı, digər şəhər və rayonlarda isə 1.5 əmsalı, yeddi iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1.5 əmsalı, digər şəhər və rayonlarda isə 1.3 əmsalı tətbiq edilir.

Ərizələrin icrası müddəti texniki inventarlaşdırılma, ölçmə və mərzçəkmə işlərinin aparılması ilə əlaqədar uzadıldıqda isə hüquq sahibinin istəyi ilə ərizələrin qanunla müəyyən edilmiş ümumi icra müddəti sürətləndirilməklə iki iş günü müddətində icra edildikdə, cədvəlin I və IV bölmələri ilə təsdiq edilmiş xidmət tariflərinə 3.0 əmsalı, beş iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən daşınmaz əmlaklara münasibətdə 2.0 əmsalı, digər şəhər və rayonlarda isə 1.5 əmsalı, on iş günü ərzində icra olunduqda müvafiq tariflərə Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5 əmsalı, digər şəhər və rayonlarda isə 1.3 əmsalı tətbiq edilir.

Qeyd 2. Daşınmaz əmlak obyektinin və torpaq sahələrinin təkrar texniki inventarlaşdırılması zamanı (daşınmaz əmlak obyektinin məkan göstəricilərində (sərhəd, sahə, yerləşmə və konfiqurasiya) baş vermiş dəyişikliklər 30%-dən çox olduğu hallar istisna olunmaqla) xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 20,0 manatdan az olmamaqla hesablanır.

Daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlak obyektinin müayinə edilməsi (obyektə yerində baxış keçirilməsi) zamanı xidmət haqqı I bölməyə müvafiq hesablanmış tariflərə layihə-smeta sənədlərində nəzərdə tutulmuş tikinti (quraşdırma) işlərinin faktiki yerinə yetirilmə faizinə uyğun əmsal tətbiq edilməklə hesablanır.

Qeyd 3. Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı qeyri-yaşayış binaları (sahələri), əmlak kompleksi kimi müəssisələrin və torpaq sahələrinin texniki inventarlaşdırılması və ölçmə işlərinin aparılması zamanı cədvəlin I, X, XII və XIII bölmələri üzrə hesablanmış xidmət haqqı məbləğlərinə Bakı şəhərində əlavə 1.5 əmsalı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.2 əmsalı tətbiq edilir.

Qeyd 4. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların, dövlət investisiya proqramları və dövlət sifarişi ilə dövlət büdcəsindən ödənilən məqsədli vəsaitlər hesabına işlər, layihələr, xidmətlər həyata keçirən dövlətə məxsus hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin balansında (istifadəsində) olan daşınmaz əmlaklara və torpaq sahələrinə münasibətdə, habelə dövlət ehtiyacları üçün geriyə alınma və dövlət obyektlərinin yerləşdirilməsi ilə bağlı torpaqların və tikililərin texniki inventarlaşdırılması, çöl-ölçmə və yerquruluşu işlərinin aparılması zamanı bu cədvəlin I bölməsində müəyyən edilmiş tariflərlə hesablanmış xidmət haqlarına tikilinin sahəsi 2000 kv.metrədək, torpaq sahəsinin ölçüsü 10 hektaradək olduqda 0.3 əmsalı, tikilinin sahəsi 2000 kv.metrdən, torpaq sahəsinin ölçüsü isə 10 hektardan çox olan hissələrə 0.2 əmsalı tətbiq edilir.

Qeyd 5. Fərdi yaşayış və bağ evlərinin texniki inventarlaşdırılması zamanı yardımçı və həyətyanı tikililərə münasibətdə hesablanmış xidmət haqqı məbləğlərinə 0.5 əmsalı tətbiq edilir.

Bu Qeydlərdə göstərilən əmsallar daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı müraciətlərdə göstərilən konkret hallara uyğun olaraq cədvəlin bölmələrində müəyyən edilmiş tariflərə müvafiq ardıcıllıqla tətbiq edilir və göstərilən xidmətə görə yekun xidmət haqqı hesablanaraq müəyyən edilir.